Hadisə

Göygöl prokurorunun 200 minlik maşınının şəkilləri yayılıb

“Tiktok” sosial şəbəkəsinin Azərbaycan seqmentində Göygöl rayon prokuroru İlqar Hacızadəyə məxsus olduğu deyilən bahalı avtomobilinin şəkli yayılıb.

200min manat dəyərində olan “Range Rover” markalı – AZ 10-DA-600 dövlət nişanlı maşını zirehli olduğu iddia edilir.

“Demokratik.az” yazır ki, prokuror İlqar Hacızadə son illər əsasən məhz bu maşında gəzir.

“Dövlət tərəfindən ona ayrılmış 10-AZ-143 dövlət nömrə nişanlı avtomaşını daha çox özünün və ailəsinin digər maraqlarına istifadə edir. Dövlətin ittiham orqanında təmsil olunan bir məmurun ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı dönəmdə 10 ilinə bərabər dəyərdə avtomaşını hansı şəffaf yolla əldə etdiyi sual doğurur. Yaxşı olardı ki, Baş prokuror Kamran Əliyev təyinatından bu yana 8 köməkçi dəyişmiş və bir  neçə dəfə əməlləri cinayət icraatında olan İlqar Hacızadənin dəbdəbəli həyatının nədən qaynaqlandığını araşdırsın”, – deyə məlumatda bildirilir. 

Baş Prokurorluqdan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

İlqar Hacızadə 2018-ci ildən Göygöl rayon prokuroru vəzifəsini icra edir.

Bənzər yazılar

Back to top button