Cəmiyyət

Cümə günü Azərbaycanın bəzi rayonlarında leysan gözlənilir

İyunun 9-da Bakıda və Abşeronda yağıntısız hava gözlənilir, gün ərzində şimal-qərb küləyi cənub-şərq küləyilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 17 +22, gündüz müsbət 25 +30 dərəcə olacaq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.

Lakin gündüz şimal və qərb rayonlarında arabir yağış yağacaq, bəzi yerlərdə yağış leysan xarakterli olacaq, şimşək çaxacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var.

Səhər və axşam ayrı-ayrı yerlərdə duman gözlənilir, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə müsbət 15 +20, gündüz +27 +32 dərəcə olacaq.

Dağlarda gecə müsbət 5 +10, gündüz müsbət 13 +18 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button