İdman

Messiyə görə heç kimin nömrəsi əlindən alınmayacaq

PSJ-dən ayrılaraq “İnter Mayami” ilə müqavilə bağlayan Lionel Messinin hansı nömrə ilə meydana çıxacağı bəlli olub.

Fanat.az xəbər verir ki, informasiyanı “Clarin” yayıb.

Mənbə superulduzun MLS klubunda da 10 nömrəli forma ilə top qovacağını açıqlayıb. Bu nömrənin əvvəldən 35 yaşlı forvard üçün saxlanıldığı, Leoya görə kiminsə geyim dəstini dəyişməyə ehtiyac qalmadığı vurğulanıb.

Xatırladaq ki, Messinin Mayami klubuna keçidi dünən açıqlanıb.

Bənzər yazılar

Back to top button