İdman

Ronaldo iki xəbəri birdən verdi: Karyerasını bu vaxt bitirəcək və…

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo karyerasını başa vurduqdan sonra futbol klubu almaq ehtimalını dəyərləndirib.

Aut.az “Goal”a istinadən xəbər verir ki, Ronaldo bunu istisna etməyib:

“Karyeramın sonuna iki və ya üç il qalıb. İndi özümə daha yaxşı qulluq etmək vacibdir. Karyermı bitirdikdən sonra futbol klubumun olacağını istisna etmirəm. İstərdim ki, futbol klubum olsun”.

Ronaldo “Əl-Nəsr”ə ötən ilin dekabrında keçib.

Bənzər yazılar

Back to top button