Cəmiyyət

Şənbə günü Azərbaycanda hava 32 dərəcəyə qədər isinəcək

Sabah, iyunun 10-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi və mülayim cənub küləyi əsəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatna görə, havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 25-30 dərəcə, bəzi yerlərdə 32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinə gəlincə, əsasən yağmursuz hava şəraiti gözlənilir, gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.

Bənzər yazılar

Back to top button