Hadisə
Elçin Quliyev generalı işdən qovdu

Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin rəisi general-mayor Ayaz Hüseynov işdən çıxarılıb.
Bu barədə “Gununsesi.info” məlumat yayıb.
Bildirilir ki, Ayaz Hüseynovun fəaliyyətində nöqsanlar aşkarlandığı üçün DSX rəisi general-polkovnik Elçin Quliyev əmr imzalayıb.
Əmrə əsasən, Ayaz Hüseynov sərəncama göndərilib.
Məlumata görə, generalın bunaqədərki fəaliyyəti də araşdırıla bilər və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.