GündəmSiyasət

Müdafiə naziri mümkün təxribatların qarşısını almağa hazır olmaq barədə göstəriş verib

Azərbaycanın müdafiə naziri Zakir Həsənov qoşunlara istənilən vaxt düşmənin mümkün təxribatlarının dərhal və qətiyyətlə qarşısını almağa hazır olmaq barədə göstəriş verib.

Göstəriş Azərbaycan ordusunun komanda heyətinin ərazilərin azad edilməsində quru qoşunlarının təlimlərinin yekunları üzrə keçirilən müşavirəsində verilib, hərbi qurumun məlumatında deyilir.

Döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.

Bənzər yazılar

Back to top button