İdman

Messinin əvəzedicisini tapdılar

PSJ komandadan ayrılan Lionel Messinin əvəzedicisini tapıb.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub “Mançester Siti”dən Bernardo Silvanı heyətinə qatmağa hazırlaşır .

Futbol müşaviri Luis Kampos Silvanı PSJ-nin əsas transfer hədəfi olaraq təyin edib. Lakin “Siti” oyunçu ilə yollarını ayırmaq istəmədiyi üçün keçidi başa çatdırmaq asan olmayacaq.

Fransa təmsilçisinin planı Silvanın hücum xəttində Kilian Mbappe və “Napoli”dən almaq istədikləri Viktor Osimhenlə birlikdə oynamasıdır.

Bernardo ötən mövsüm Premyer Liqada 34 oyuna çıxıb, 4 qol vurub, 5 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button