İdman

“Barselona”nın futbolçusu yenidən Çin klubunda – rəsmi

“Barselona”nın yarımmüdafiəçisi Poulinyo karyerasını yenidən “Quançjou Everqrand” klubunda davam etdirəcək.

Qol.az-ın məlumatına görə, bu barədə Çin klubunun rəsmi saytı xəbər yayıb. Braziliyalı futbolçu ilə rəsmi müqavilə imzalansa da, detalları açıqlanmayıb. “Barselona” isə hələlik bu barədə məlumat verməyib.

Ancaq “Mundo Deportivo” nəşri 29 yaşlı oyunçunun 4 illik müqaviləyə imza atdığını və Çin klubunun bu transfer üçün kataloniyalılara 50 milyon avro verdiyini yazıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Xatırladaq ki, bir il əvvəl “Barselona” Paulinyonu məhz “Quançjou”dan 40 milyon avroya almışdı.

Bənzər yazılar

Back to top button