İdman

İspaniya millisinin yeni baş məşqçisi açıqlandı

İspaniya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası yığmanı “Barselona”nın sabiq baş məşqçisi Luis Enrikeyə tapşırıb.

48 yaşlı mütəxəssisə 2 illik müqavilə təklif olunub. Qurum “Espanyol”un baş məşqçisi Kike Sançes Flores və hazırda Belçika millisinə rəhbərlik edən Roberto Martineslə də danışıqlar aparıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, Rusiyadakı dünya çempionatının startına bir gün qalmış İspaniya millisinin baş məşqçi postunda dəyişiklik baş verib. Fernando Yerro “Real Madrid”ə baş məşqçi təyin olunan Xulen Lopetegini əvəzləyib. Yerronun rəhbərliyi altında yığma 1/8 finaladək irəliləyib. Bu komandanın qarşısını Rusiya (1:1, penaltilərlə 4:3) kəsib.

Bənzər yazılar

Back to top button