Dünya

ABŞ Rusiyadakı ingilis-amerikan məktəbinin “xarici agent” elan edilməsinə etiraz edir

Çərşənbə günü ABŞ bəyanatla çıxış edərək Rusiya hökumətinin Moskvadakı ingilis-amerikan məktəbinin “xarici agent” kimi tanınması barədə qərarına etirazını bildirib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.

Dövlət Departamenti bu addımı “yolverilməz” adlandırıb, qeyd edib ki, bu, Rusiya hökumətini ingilis-amerikan məktəbini bağlamağa məcbur edən hərəkətlər seriyasından sonuncusudur.

Məktəb 1949-cu ildə Moskvada ABŞ, Böyük Britaniya və Kanada səfirlikləri tərəfindən diplomatların və əməkdaşların uşaqları üçün təsis edilib və son vaxtlara qədər təxminən 1200 nəfər təhsil alıb.

“Rusiya hökumətinin (təqib üçün)- qanuni əsaslar olmadan-nüfuzlu, etibarlı və peşəkar təhsil müəssisəsini seçməsi narahatedicidir”, – Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin bəyanatında deyilir.

O əlavə edib: “74 il ərzində ABŞ və Rusiya hər iki tərəfin himayəsində olan uşaqların lazımsız əngəllər və ya təqiblər olmadan təhsil almaq imkanlarına malik olmasının təmin edilməsində qarşılıqlı marağımızı qəbul ediblər. Rusiya hökumətinin son hərəkətləri bu prinsipi birbaşa pozdu”.

Bənzər yazılar

Back to top button