İdman

İran millisinin üzvü avtomobil qəzasına düşdü – FOTO

İran yığması və Rusiya “Rubin”inin futbolçusu Sərdar Azmun avtomobil qəzasına düşüb.

Fanat.Az xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 5:30 radələrində baş verib.

23 yaşlı hücumçu yük maşını və 10 avtomobilin yer aldığı qəzanın iştirakçılarından olub. Hadisənin təfərrüatları aydınlaşdırılır.

Qəza vaxtı Azmun avtomobildə yeznəsi ilə birgə olub. Hələlik onun sükan arxasında olub-olmadığı bilinmir. Futbolçunun çənəsindən kiçik xəsarət aldığı deyilir. Lakin o, əzilmiş “Porsche”dən çıxa bilib. Xəstəxanaya yollanmaqdan imtina edən forvarda yerindəcə yardım göstərilib.

Bənzər yazılar

Back to top button