İdman

“Qarabağ” daha bir əcnəbi qapıçı alır?

“Qarabağ” heyətinə daha bir qapıçı cəlb etməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

Bildirilir ki, Alessandro Yakobuççi Ağdam klubuna keçə bilər. 3 ildi formasını geyindiyi “Virtus Entella” ilə yollarını ayıran 27 yaşlı qolkiper hazırda azad agent statusu daşıyır. Sabiq “Parma”lının iki klubdan birinə keçəcəyi bildirilir ki, namizədlərdən biri “Qarabağ”, digəri isə “Olimpiakos”du. Karyerası ərzində yalnız İtaliyada çıxış etmiş Alessandro Yakobuççi “Siena” və “Parma”dakı oyunu ilə daha çox yadda qalıb. O, ölkəsinin U-20 yığmasının heyətində 8 oyunda meydana çıxıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Xatırladaq ki, “Qarabağ” bu yay iki qapıçı – Hannes Halldorsson və Vaqner da Silvanı transfer edib.

Bənzər yazılar

Back to top button