Siyasət

Ermənistanda Naxçıvan Muxtar Respublikası ilə sərhəddə zavodun tikintisi başqa yerə köçürülə bilər

Yerasxda (Arazdəyən) tikilən Ermənistan-Amerika metallurgiya zavodu yaxın vaxtlarda daha təhlükəsiz yerə köçürülə bilər, “Sputnik-Armeniya” məlumatlı mənbələrə istinadən bildirib.

Ararat şəhərinə bitişik ərazi ən çox ehtimal olunan variant hesab olunur.

Zavodun tikintisinə Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə sərhədindən cəmi bir neçə yüz metr aralıda başlanılıb.

İyunun ortalarından başlayaraq iyulun ortalarına qədər bu ərazidə vaxtaşırı atışma baş verib.

Erməni tərəfinin bildirdiyinə görə, insidentlərdən birində zavodun tikintisində çalışan iki nəfər Hindistan vətəndaşı yaralanıb.

Atışma səbəbindən müəssisənin tikintisilə bağlı işlər dayandırılıb.(Turan)

Bənzər yazılar

Back to top button