İdman

Messiyə görə işindən qovulan şəxs: “O anın hər saniyəsi buna dəyərdi”

“İnter Mayami”nin “DRV PNK” stadionunun əməkdaşı Kristian Salamanka ulduz hücumçu Lionel Messiyə yaxınlaşaraq ondan avtoqraf aldığına görə işindən qovulub.

Fanat.az xəbər verir ki, bu barədə o, “The Nation”a açıqlamasında bildirib.

Kristian “İnter Mayami” stadionunda keçirilən son matçda təmizlikçi işləyib.

“Komanda avtobuslarının dayandığı ərazidə təmizlik etməli oldum. Bütün oyunçular getdi, Messi isə avtobusa ən sonda getdi. Bu fürsəti qaçırmadım. Yanımda Argentina yığmasının köynəyi və marker var idi. Daha doğrusu, millinin köynəyini altdan geyinmişdim. Ona yaxınlaşıb üst geyimimi qaldırdım və Leoya Argentina millisinin formasına imza atmaq üçün marker təqdim etdim. O, mənə avtoqraf verdi. Bundan sonra mühafizəçi dərhal gəldi, məni çıxardılar və işdən qovulduğumu bildirdilər. Lakin o anın hər saniyəsi buna dəyərdi”.

Göründüyü kimi, stadionda işləyən hər kəsə, istər MLS klubunun əməkdaşlarına, istərsə də kənar şəxslərə, argentinalıdan avtoqraf və selfi istəmək qadağandır.

Bənzər yazılar

Back to top button