ManşetÖnə çıxanlarSiyasət

Azərbaycan XİN Yerevanda keçirilmiş “Lazarev klubu”nun iclası barədə

Azərbaycan XİN mətbuat xidməti bu il 30 noyabr-1 dekabr tarixlərində Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun ilk iclası ilə bağlı şərhlə çıxış edib.

“Özünü ictimai diplomatiyanın yeni formatı kimi təqdim edən bu klubun əsas təşəbbüsçülərindən və təşkilatçılarından biri RF Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulindir.

Azərbaycaznın işğal edilmiş ərazilərində yaradılan qanunsuz rejimin nümayəndələrinin bu tədbirə dəvət olunması, eyni zamanda klubun iclasında K.Zatulin, keçmiş səfir Vladimir Kazimirov, MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslərin fikirləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyır. Bu fikirlər Azərbaycan və Rusiya arasındakı yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür.

Bundan əlavə, K.Zatulinin səsləndirdiyi fikirlər MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir.

V.Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyyatdır və MDB çərçivəsində əməkdaşlıq ruhuna zərbədir.

Nəhayət, “Lazarev klubu”nun iclasının ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir.

Azərbaycan Rusiya Federasiyasındakı səfirliyi vasitəsilə məsələ ilə bağlı narazılığını Rusiya XİN-in diqqətinə çatdırıb”, – şərhdə deyilir.(Turan.az)

Bənzər yazılar

Back to top button