Hadisə

Sərhədçilər sərhəd pozucularını saxlayıblar

Avqustun 30-da saat 07:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd pozucuları saxlnılıb. Bu barədə DSX-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, dövlət sərhədini pozanlar Əlcəzair vətəndaşları, 1969-cu il təvəllüdlü Amair Ziane və 1999-cu il təvəllüdlü Belkhatır Mohammed-Fodil olub.

Onlar qanunsuz yolla Azərbaycandan Gürcüstana keçməyə cəhd göstəriblər, amma sərhəd naryadı tərəfindən saxlanılıblar.

Bu şəxslərin niyyəti Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək olub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

Back to top button