Siyasət

Paşinyan Bakını “erməni soyqırımında” ittiham edib

Beynəlxalq faktaraşdırıcı missiyanın Qarabağa göndərilməsi ideyasına nail olmaq lazımdır. Çünki Azərbaycan ermənilərin soyqırımı və deportasiyası siyasətini həyata keçirir. Bu barədə baş nazir Nikol Paşinyan cümə axşamı Ermənistan hökumətinin iclasında bildirib.

Azərbaycan Qarabağa humanitar yüklərin çatdırılmasını əngəlləyir, bu o deməkdir ki, “Azərbaycan Rusiya Federasiyasının sülhməramlı qoşunlarının iştirakı ilə Dağlıq Qarabağ ermənilərini aclıq yoluyla soyqırıma məruz qoymağa davam edir. Bu siyasətdə əsas məqsəd Dağlıq Qarabağ ərazisini ermənilərdən azad etməkdir”, – o deyib.(Turan)

Bənzər yazılar

Back to top button