Dünya

Çində güclü partlayış: 19 ölü, 12 yaralı

Çinin Sixuan əyalətində yerləşən Yanqçun sənaye bölgəsində güclü partlayış baş verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Yibin Henqda texnologiya şirkətində baş vermiş partlayışda 19 nəfər ölü, 12 nəfər isə yaralanıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Əraziyə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button