İdman

“Çelsi” baş məşqçisi ilə bağlı qərarını verdi

“Çelsi” nəhayət baş məşqçi Antonio Konte ilə bağlı qərarını verib.

Fanat.Az xəbər verir ki, klub rəhbərliyi mütəxəssislə yolların ayrılması qarşılığında 11 milyon avro ödəməyi qəbul edib. Məşqçi dünən səhər məşqinə çıxsa da, axşam iştirak etməyib.

Kontenin yerinə posta gələcək Maurizio Sarrinin yaxın günlərdə rəsmən baş məşqçi olacağının açıqlanacağı gözlənilir. Digər tərəfdən Sarri ilə birlikdə komandaya “Napoli”nin futbolçusu Jorjinyonun da transferi açıqlanacaq.

Sarrinin transfer siyahısında Moskva MOİK-indən Aleksandr Qolovin və “Yuventus”un gənc futbolçusu Daniel Ruqani də yer alıb.

Bənzər yazılar

Back to top button