
Paşinyan ilin sonuna qədər Bakı ilə sülh sazişinin imzalanmasını mümkün sayır.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə danışıb.
“İrəvan bunun üçün hər şeyi edir”, – Paşinyan deyib.
Ermənistan baş naziri, həmçinin qeyd edib ki, onun ölkəsi öz xarici siyasət vektorunu dəyişmək niyyətində deyil:
“Hakimiyyətin siyasəti respublikanın maraqlarına hesablanıb. Ermənistanın xarici siyasəti şəffafdır. Ermənistan xarici siyasətinin vektorunu o mənada dəyişə bilməz ki, o, həmişə Ermənistan Respublikasının dövlət maraqlarına uyğundur”.