Hadisə

Astara və Lənkəranda leysan yağışı subasmaya səbəb olub

Fövqəladə Hallar Nazirliyi bildirib ki, ötən bazar günü yağan leysan yağışları nəticəsində Astara və Lənkəran rayonlarında bir sıra yaşayış məntəqələrinə ziyan dəyib.

Əsasən fərdi yaşayış evlərini, həyətyanı sahələri su basıb. Nazirliyin aidiyyatı qüvvələri su basmış ərazilərdə suçəkmə və evakuasiya işlərini həyata keçirirlər.

Ziyan dəymiş məntəqələr arasında Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndi, həmçinin Lənkəran rayonlarının Sütəmurdov kəndi var.

Ölkənin digər ərazisinə gəlincə, bəzi yerlərdə daşqın və sel olub. Bazar günü ölkənin əksər yerində yağış yağıb, dağlıq ərazilərə qar yağıb.

Şəki-Zaqatala zonasında dağ çaylarında daşqın olub.

Şimal-şərq küləyinin sürəti bəzi yerlərdə 25 metr/saniyəyə çatıb. Xəzərdə dalğanın hündürlüyü 4,6 metr olub.

Bənzər yazılar

Back to top button