Siyasət

Birinci Qarabağ Müharibəsində itkin düşmüş 3000-dən çox adamın taleyi məlum deyil

Ermənistan həlak olan 3890 nəfərdən yalnız 120-nin cəsədinin qalıqlarını Azərbaycana təhvil verib. Bu barədə bazar ertəsi Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Hərbi prokuror qeyd edib ki, Birinci Qarabağ Müharibəsində itkin düşmüş 3890 şəxsin 3407 ailə üzvündən 10 815 bioloji nümunə götürülüb. İtkin düşmüş Azərbaycan vətəndaşlarının cəsədlərinin qalıqlarının bir hissəsi Ermənistanda basdırılıb.

“Bu gün erməni tərəfi həmin yerlərin koordinatlarını verməkdən yayınır. 3890 nəfər itkindən, sadəcə, 120-nin cəsədinin qalıqları Azərbaycana verilib”, – o deyib.

Vəliyev qeyd edib ki, azad edilmiş ərazilərdə daha 508 nəfərin cəsədinin qalıqları tapılıb. Erməni tərəfi minalarla çirklənmiş ərazilərin xəritələrin vermir. Bu səbəbdən azad edilmiş ərazilərdə əsirlərin basdırıldığı yerləri müəyyən etmək çətindir.

Bənzər yazılar

Back to top button