İqtisadiyyat

“Paşa Bank”ı məhkəməyə verən siyasi partiya funksioneri kimdir? – Təfərrüat

Ölkənin aparıcı banklarından biri olan “Paşa Bank” ASC barəsində məhkəmə iddiası qaldırıb.

Ekonominfo.az xəbər verir ki, “Paşa Bank” haqqında iddianı “Bığır Supply Company” MMC (VÖEN – 1702874651) qaldırıb.
Məhkəmə iddiasına Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyeva tərəfindən baxılır. Bugünə kimi 2 dəfə hazırlıq iclası keçirilib.

Məhkəmə iddiasının müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr səbəbdən qaldırıldığı bildirilir.
Qeyd edək ki, “Bığır Supply Company” MMC Azərbaycanda metal məhsullarının topdan satışı ilə məşğul olur. Şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Abdullayev Nəvahid İsmayıl oğludur.

Onu da bildirək ki, Nəvahid Abdullayev aktiv şəkildə siyasi fəaliyyətlə də məşğul olur. Nəvahid Abdullayev “Vətən Naminə Birlik Partiyası”nın təsisçilərindən biridir. Bu partiya sabiq millət vəkili, məşhur “Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül kimi tanınan Əbdül Əbdülovun rəhbərlik etdiyi Vətən Naminə İnkişafa Doğru İctimai Birliyinin bazası əsasında yaradılıb.

Nəvahid Abdullayev Hacı Əbdülün (2020-ci ildə vəfat edib) başçılıq etdiyi Vətən Naminə İnkişafa Doğru İctimai Birliyinin də üzvü olub.

Bənzər yazılar

Back to top button