Siyasət

Moskva: Qarabağda antiterror əməliyyatı Azərbaycanın daxili işidir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan rəhbərliyinin Dağlıq Qarabağı Azərbaycana məxsus kimi rəsmi olaraq tanıdığını vurğulayıb. O, bu bəyanatı Ermənistan Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasına və Rusiya sülhməramlılarına Azərbaycanın başlatdığı hərbi əməliyyatların yatırılması üçün tədbirlər görmək çağırışlarına cavab olaraq verib.

Zaxarova Telegram kanalında müvafiq sual verərək dedi: “Bəs rəsmi İrəvanın Dağlıq Qarabağın Azərbaycana aid olduğunu tanımasına necə?”

Daha əvvəl mətbuat brifinqi zamanı Rusiya XİN rəsmisi bildirib ki, Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə bağlı müzakirələrdə, o cümlədən Azərbaycan hakimiyyəti ilə dialoqlarda fəal iştirak edir. O, Moskvanın regionda kəskin eskalasiyadan dərin narahatlığını vurğulayıb və münaqişə tərəflərini davam edən zorakılığı dayandırmağa və diplomatik həll yoluna qayıtmağa çağırıb.

Çərşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpası məqsədilə Qarabağda lokal antiterror tədbirlərinin başlandığını elan edib. Bakı qeyd edib ki, mülki əhali və mülki infrastruktur obyektləri nəzərdə tutulan məqsəd deyil.(Turan)

Bənzər yazılar

Back to top button