Cəmiyyət
Bakıda hava küləkli olacaq, dağlıq ərazilərdə qar gözlənilir

Sentyabrın 21-də Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 16 +19, gündüz müsbət 21 +26 dərəcə olacaq, Azərbaycan Milli Hidrometeorologiya Xidməti bildirib.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, dolu düşə bilər, dağlıq ərazilərdə qar yağ gözlənilir, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə müsbət 15 +19, gündüz müsbət 22 +27 dərəcə olacaq.
Dağlarda gecə müsbət 3 +8, gündüz müsbət 9 +14 dərəcə gözlənilir.