Siyasət

Ağ Ev Azərbaycan və ermənilər arasında atəşkəsin “gerçəkləşəcəyinə” ümid edir

Çərşənbə günü Ağ Evdən Dağlıq Qarabağda hərbi əməliyyatları dayandıran sonuncu atəşkəsin möhkəmlənəcəyinə və gələcəkdə zorakılığın qarşısını alacağına ümid etiklərini bəyan ediblər. Xəbəri Turan-ın Amerikadakı müxbiri verib.

“Yaxın gələcəkdə atəşkəs ola biləcəyi haqqında ilkin məlumatlar əldə edirik. Biz, əlbəttə ki, bunun gerçəkləşəcəyinə, zorakılığa son qoyulacağına, humanitar vəziyyətin isə pisləşməyəcəyinə ümid edirik”, deyə milli təhlükəsizlik üzrə müşavir Con Kirbi brifinqdə bildirib.

Daha sonra o, əlavə edib ki: “Biz dəfələrlə güc tətbiqinin qəbuledilməz olduğunu, regionda sülh üçün şərait yaratmaq səylərinə zidd olduğunu vurğulamışıq”.

Çərşənbə günü Azərbaycan sonuncu hərbi əməliyyatlardan sonra Dağlıq Qarabağ üzərində tam nəzarəti bərqərar etdiyini bildirib.

Kirbi deyib ki, ABŞ güc tətbiqindən “dərin narahatlıq hissi keçirir”. O əlavə edib ki, Vaşinqton regionda humanitar vəziyyətin pisləşməsini diqqətlə izləyir.

Kirbinin şərhləri ABŞ-ın Təhlükəsizlik Şurasının bu gün günorta saatlarında (Nyu-York vaxtı ilə) Dağlıq Qarabağda vəziyyətə həsr olunmuş brifinq keçirməyə hazırlaşdığı bir vaxtda səslənib.

Dövlət katibi Entoni Blinken çərşənbə günü axşam Ermənistanın Milli Günü ilə əlaqədar verdiyi bəyanatda qeyd edib ki, ABŞ Ermənistanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və “bütün hüquqlara riayət olunan” Cənubi Qafqaz regionunda möhkəm və layiqli sülhə yardım etməyə “əvvəlki kimi sadiqdir”.(Turan)

Bənzər yazılar

Back to top button