GündəmSiyasət

Müdafiə Nazirliyi sülhməramlıların həlak olması ilə əlaqədar başsağlığı verib

Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb.

Hadisənin bütün baş verməsi səbəblərini araşdırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar.

“Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik”, deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Neçə nəfərin və hansı şərtlərdə həlak olduğu açıqlanmır.

Bu arada, mənbələrdə həlak olanlardan biri haqqında məlumat yayılıb. Bu, birinci dərəcəli kapitan, sülhməramlıların hərbi-siyasi iş üzrə komandir müavini İvan Kovqandır. Onun daimi xidmət yeri RF-nin Şimal Donanması idi, o, Şimal Donanmasının sualtı qüvvələr komandirinin hərbi-siyasi iş üzrə müavini vəzifəsini tuturdu. Bu barədə “Sever Post” nəşri məlumat yayıb.

Bənzər yazılar

Back to top button