GündəmManşetSiyasət

Tərəflər Yevlaxdakı görüşün nəticələrini həvəssiz şərh edirlər

Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov hesab edir ki, ermənilərlə azərbaycanlılar arasında mürəkkəb məsələlərin həlli istiqamətində səylərin dərhal qərarlara gətirib çıxaracağını gözləmək olmaz. Sky News Arabia-nın efirində çıxış edən əmirbəyov vurğulayıb ki, bütün problemlərin bir görüşdə həll olunacağını gözləmək real deyil.

Ermənistan tərəfindən danışıqlar aparan David Melkumyan Ermənistan KİV-lərinə bildirib ki, danışıqlar heç bir konkret razılaşmaya gətirib çıxarmayıb. “Qəti bir razılaşma yoxdur, detalları işləməliyik” dedi.

Bu bəyanatlar cari danışıqlarla bağlı böyük problemləri və iki tərəf arasında mürəkkəb məsələlərin həlli üçün davamlı dialoqun zəruriliyini vurğulayır.(Turan)

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button