GündəmSiyasət

Yevlax görüşündən Azərbaycanda gözləntilər nədir?

Sentyabrın 21-də Azərbaycan Prezident Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib.

Rəsmi AZƏRTAC saytının məlumatına görə, görüşdə Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə olunub.

Görüşlə bağlı qərar Azərbaycanın “lokal antiterror tədbirləri” kimi təqdim etdiyi hərbi əməliyyatların nəticəsində əldə olunub.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Turana bildirib ki, hazırda yaxşı şans yaranıb və əldə olunan razılaşmanın şərtlərini Azərbaycan diktə edir: “Yəni,

Rusiyanın bu proseslərdə roluna gəlincə, deputatın sözlərinə görə, o, 2022-ci il fevralın 22-də Azərbaycanla imzalamış “müttəfiqlik birgə fəaliyyəti haqqında” bəyannaməyə uyğun hərəkət etdi: “Həmin bəyannamədə qeyd olunurdu ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyır. Rusiya rəsmilərinin son açıqlamalarında Rusiya bu prinsipə sadiq qaldı”.

Babaoğlu vurğulayıb ki, ən qısa zamanda Xankəndidə Azərbaycanın müvafiq dövlət qurumları fəaliyyətə başlayacaq və konstitusion quruluşu Qarabağın hər qarışında tətbiq olunacaq.

Siyasi şərhçi Ərəstun Oruclu hesab edir ki, Yevlaxda keçirilən görüşdə kompromis əldə oluna bilər. “Yəni, ən azı bu, kontaktların vaxtaşırı həyata keçirilməsi və hansısa qarşılıqlı şərtlərin qəbul edilməsi, öhdəliklərin götürülməsi ola bilər. Erməni icması özü üçün iki məsələni istəyə bilər: öz təhlükəsizliyini və deportasiya olunmamasını. Bildiyim qədəri ilə, Azərbaycan hökumətinin belə bir niyyəti də yoxdur. Təbii ki, orada müəyyən muxtariyyət söhbəti də gündəmə gələ bilər. İnanmıram Azərbaycan hökuməti buna razılaşsın”, – Oruclu AzadlıqRadiosuna bildirib.

Onun fikrincə, Azərbaycan hökumətinin tələbləri arasında ən azı üç məsələ aktual olaraq qalacaq: “Onlardan biri qondarma rejimin buraxılmasıdır, ikincisi – qanunsuz hərbi qruplaşmaların tərksilah olunması və üçüncüsü – Qarabağda ermənilərin yaşadığı hissəsinin kommunikasiyalarla əlaqə məsələsidir. Yəni, o əlaqələr həm Laçın yolu, həm də Ağdam-Xankəndi yolu vasitəsilə həyata keçirilsin”.

Oruclu xatırladır ki, atəşkəsin elan edilməsi Rusiyanın vasitəçiliyi ilə olub: “Başqa cür mümkün də deyil. Rusiya həmin əraziyə nəzarət edən tərəfdir. Rusiyanın orada hərbi birləşməsi var və o, həmin birləşməni gələcəkdə hərbi bazaya çevirməkdə maraqlıdır. Rusiya həm də maraqlıdır ki, Qarabağda yaşayan erməni icması və Azərbaycan hökuməti arasında vasitəçilikdə tək özü olsun, çünki bu, həm də prosesi idarə etməkdir”.

Politoloqun fikrincə, yaxın zamanda Xankəndində Azərbaycan dövlət qurumlarının işə başlamasını gözləməyə dəyməz: “Orada Rusiya var və orada qalmağa çalışacaq. Xankəndinin isə Azərbaycanın de-fakto yurisdiksiyasına keçməsi Rusiyanın planlarına mane ola bilər”.

Sentyabrın 19-da rəsmi Bakı “lokal antiterror tədbirləri”nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda “irimiqyaslı təcavüz”ün baş verdiyini bəyan etmişdi.

Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Açıqlamaya görə, razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır…

Məlumatda bu proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcəyi vurğulanır.

Bənzər yazılar

Back to top button