Cəmiyyət

Cümə günü paytaxtda küləkli hava şəraiti gözlənilir

Cümə günü Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti gözlənilir, vaxtaşırı hava tutulacaq, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi üstünlük təşkil edəcək, havanın temperaturu gecə 16-19, gündüz 22-27 dərəcə təşkil edəcək, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında bəzi rayonlarda duman olacağı gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 23-28 dərəcə təşkil edəcək. Dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Bənzər yazılar

Back to top button