Hadisə

Kəmaləddin Heydərovun bacanağının bankı məhkəmə qarşısında

“Brand Sevice” MMC “AFB Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) məhkəməyə verib.

Valyuta.az xəbər verir ki, şirkətin iddiası Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın icraatındadır. İşin mahiyyəti ipoteka müqaviləsi ilə bağlı digər mübahisələrdən ibarətdir.

“AFB Bank” ASC 11 iyul 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 70 393 455 AZN-dir. Bankın qanuni təmsilçisi Xubanlı Orxan Qurban oğludur. O, həm də bankın İdarə Heyətinin sədridir.

“AFB Bank”ın səhmdarları Hikmət İsmayılov, Cəmil Muradov və Əkbər Abdullayevdir. Hikmət İsmayılov bankda 99,64 faiz, Cəmil Muradov və Əkbər Abdullayevin hər biri isə 0,18 faiz paya sahibdir.

Mediada gedən məlumatlara görə, Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Bu baxımdan, bəzi hallarda bankın sahibi kimi nazirin adı çəkilir. “Azsığorta” ASC-nin səhmlərinin də 100 faizi Hikmət İsmayılova məxsusdur.

Bənzər yazılar

Back to top button