İdman

“Ronaldu ilə Messi mən yaşda olanda…” – Harri Keyn

“Bayern Münhen”in hücumçusu Harri Keyn daha neçə il futbol oynayacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.az ESPN-ə istinadən xəbər verir ki, ingilis forvard Messi və Ronaldunu nümunə göstərib:

“Messi və Ronaldonun 30 yaşlarında etdiklərini düşünürəm – onlar 20 yaşlarında olduğu kimi yaxşı formada idilər. İndi 30 yaşım var. Başa düşürəm ki, özümü yaxşı formada saxlasam, istədiyim müddət ərzində ən yüksək səviyyədə oynaya bilərəm”.

Keyn bu mövsüm bütün turnirlər də daxil olmaqla “Bayern”in heyətində altı matça çıxıb və beş qol vurub, iki məhsuldar ötürmə edib.

Onun “Bayern” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button