GündəmSiyasət

Ceyhun Bayramov antiterror əməliyyatında dinc sakinlərin hədəf alınmadığını fototolarla sübut etdi (VİDEO)

“Azərbaycan Silahlı Qüvvələri yalnız qeyri-qanuni hərbi obyektlərin zərərsizləşdirilməsi üçün yüksək dəqiqliyə malik döyüş sursatlarından istifadə etməklə özünü nümunəvi peşəkarlıqla aparıb”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT TŞ-nin Qarabağdakı vəziyyətlə bağlı iclasındakı çıxışında bildirib.

Nazir bildirib ki, bir sıra videogörüntülərdən aydın şəkildə göründüyü kimi, Azərbaycan Silahlı Qüvvələri mülki şəxslərə dəyə biləcək yan təsirlərdən yayınmaq üçün yaxınlıqda olan legitim hərbi obyektlərə zərbələr endirməkdən qəsdən çəkinib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Fotolardan göründüyü kimi, əgər məqsəd dinc sakinləri hədəf almaq və ya guya “etnik təmizləmə” aparmaq olsaydı, Azərbaycan Silahlı Qüvvələri başqa cür hərəkət edərdi”, – deyə nazir çıxışında bildrib.

Bənzər yazılar

Back to top button