İdman

“Tottenhem”in prezidenti Mourinyu barədə: “Mən səhv etdim”

“Tottenhem”in prezidenti Deniel Levi London klubunun baş məşqçisi postuna Antonio Konte və Joze Mourinyunun gətirilməsinin səhv addım olduğunu bildirib.

Fanat.az xəbər verir ki, “Bloomberg” Levinin dediklərini belə çatdırıb:

“Həm Joze, həm də Antonio ilə yaxşı münasibətim var idi. Mən səhv etdim. Onlar əla mütəxəssislərdir, amma bu kluba uyğun deyillər. Konte ilə Mourinyunun qalib gəlmək yolları bizim qələbə planımızdan fərqlidir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Düşünürəm ki, azarkeşlərimiz hücum futboluna acdırlar. Halbuki onların futbol üslubu… Onlar müdafiədə oynamağı və 1:0 hesabı ilə qalib gəlməyi uyğun sayırlar”.

Mourinyu 2019-2021-ci, Konte 2021-2023-cü illərdə “Tottenhem”in baş məşqçisi olub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button