Siyasət

Şuşa şəhərinin işğal simvolu ləğv edilib

1992-ci ilin mayında Şuşanın ermənilər tərəfindən işğalına qoyulmuş abidə bu gün ləğv edilib. Bu, Xankəndi tərəfdən şəhərə girişdə dayanan T-72 tankıdır.

Ermənilər hamının görməsi üçün onu hündür postament üzərinə qoymuşdular. Bu, zirehli texnika kolonu başda olmaqla Şuşaya girən ilk tank sayılırdı.

Sentyabrın 19-20-də antiterror əməliyyatından sonra Azərbaycan Silahlı Qüvvələri Xankəndinin kənarına qədər irəliləyib ki, bu da tanka yaxınlaşmağa imkan verib. Ermənilərin 30 illik qüruru artıq metal qırıntılarına qarışacaq. (Turan)

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button