Siyasət

BQXK Qarabağ ermənilərinə 70 ton humanitar yardım çatdırıb

Təqribən 70 ton humanitar yük Şənbə günü, 23 sentyabr tarixində

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) karvanı ilə Laçın yolu ilə keçib.

Ehtiyacı olan icmalar üçün nəzərdə tutulan humanitar yükə 66 ton un, 2700 kq duz, 450 kq
quru maya və 375 litr günəbaxan yağı daxildir.

BQXK komandası şənbə günü, həmçinin, döyüşlərdə yaralanmış 17 nəfərin tibbi təxliyəsini də
həyata keçirib. Komanda yerli xəstəxanaya tibbi ləvazimatlar və ölənlərlə ləyaqətli rəftar üçün
meyit torbaları çatdırıb.

BQXK bu humanitar fəaliyyətləri öz neytral vasitəçi roluna görə həyata keçirə bilir. BQXK, silahlı
münaqişə vəziyyətləri zamanı qəbul olunmaq və mümkün olan ən çox insana vacib olan işi
həyata keçirmək üçün bütün iştirakçılarla dialoq aparır.

Bu yaxınlarda əldə edilmiş atəşkəsə baxmayaraq, hərbi eskalasiyanın humanitar nəticələri
regionda hələ də hiss olunur. Ailələr əlaqə itirdikləri qohumlarını, o cümlədən, müşayiətsiz
qalan uşaqları axtarırlar. İcmalar köçürülüb, qohumlar meyitləri basdırmaq üçün kömək istəyir
və əsas malların və səhiyyə xidmətlərinin olmaması həyatı çətinləşdirir.

Humanitar ehtiyacların miqyasını nəzərə alaraq, BQXK səhiyyə, məhkəmə-tibbi ekspertiza,
humanitar müdafiə məsələləri, silahlar və partlamamış sursatlarla bağlı təhlükəsizlik
məsələləri üzrə ixtisaslaşmış kadrları əlavə etməklə regiondakı iştirakını artırır.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button