
“Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir”.
Bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirilən İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində deyib.
“Əgər üç il bundan əvvəl, İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu ilin aprelin 23-də ərazi bütövlüyün tam bərpa etmişdiksə – Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqsini qoymaqla, beş gün əvvəl suverenliyimizi tam təmin və bərpa etik”, – deyə İlham Əliyev bildirib.