Siyasət

Əliyev verdiyi vədlərə əməl etməlidir – Samanta Pauer

Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini qiymətləndirmək üçün Dağlıq Qarabağda beynəlxalq iştirak olmalıdır. Erməni KİV-lərinin məlumatına görə, bunu bazar ertəsi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Azərbaycanı atəşkəs rejiminə riayət etməyə və Dağlıq Qarabağda mülki şəxslərin hüquqlarını qorumaq üçün konkret addımlar atmağa çağırırıq. Prezident Əliyev etnik ermənilərin hüquqlarına zəmanət verib, Azərbaycan bu vədi yerinə yetirməlidir”, – Pauer bildirib.

Onun sözlərinə görə, humanitar vəziyyəti qiymətləndirmək, Azərbaycanın öz öhdəliklərini yerinə yetirib-yetirmədiyini yoxlamaq və beynəlxalq ictimaiyyətə hesabat vermək üçün Qarabağda beynəlxalq iştiraka icazə verməlidir, Pauer onuda bildirib ki, USAID belə təşkilatlar sırasında olmalıdır. (Turan)

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button