İdman
PSJ “Real”ın ulduzunu hədəfə aldı

PSJ “Real”ın hücumçusu Rodriqo Qoes ilə maraqlanır.
Aut.az xəbər verir ki, Fransa klubu braziliyalı vingeri gələn yay komandanı tərk edə biləcək Kilian Mbappenin mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.
Defensa Central-ın məlumatına görə, parisilər “Real”ın forvardı üçün 100-120 milyon avro tələb edəcəyini gözləyir.
Qeyd edək ki, “Real” Rodriqonu 2019-cu ilin yayında 45 milyon avroya “Santos”dan transfer edib. Onun mövcud müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.