İdman
Neymar Səudiyyə Ərəbistanını tərk etmək istəyir

“Əl-Hilal”ın futbolçusu Neymar Səudiyyə Ərəbistanını tərk edə bilər.
Qol.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. 31 yaşlı hücumçu 2026-cı ildə keçiriləcək dünya çempionatında iştiraka adekvat hazırlaşmaq üçün mövsümün sonunda Braziliyanın “Santos” klubuna qayıtmaq niyyətindədir. Qeyd olunur ki, Neymarın ətrafı onun “Əl-Hilal” ilə 4 illik deyil, 1 illik müqavilə imzaladığını iddia edir.
Xəbərdə Neymarın artıq kluba qayıtmaq xahişi ilə “Santos”a şəxsən müraciət etdiyi də bildirilib.
Xatırladaq ki, Neymar yay transfer pəncərəsində “Əl-Hilal”a keçmişdi. Bu mövsüm o, komandada 3 oyun keçirib və 2 qolun ötürməsin verib.