Hadisə

Partlayış nəticəsində ağır yaralananlar vertolyotla Ermənistana aparılıb

Benzin çəninin partlaması nəticəsində xəsarət alanlara yardım göstərmək üçün sentyabrın 26-da erməni həkimlər vertolyotla Qarabağa gəliblər.

Ağır yaralananların ilk partiyası həmin vertolyotla Ermənistana aparılıb. Bu barədə çərşənbə axşamı səhər Ermənistan KİV bildirib.

Vertolyotun yaralıları haradan götürdüyü açıqlanmır. Lakin Qarabağda ancaq bir aerodrom var, o da Xocalıda. Sülhməramlıların səhra xəstəxanası da orada yerləşir və orada onlarla zərərçəkmiş var.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Erməni aviasiyasının Qarabağa uçuşu rəsmi Bakının razılığı olmadan baş tuta bilməzdi, lakin erməni tərəfi bu barədə susmağa üstünlük verir. (Turan)

Bənzər yazılar

Back to top button