Siyasət
Qarabağ ermənilərinə daha 64 ton yanacaq göndərilib

Sentyabrın 26–da Azərbaycan hakimiyyəti Ağdam–Əsgəran-Xankəndi yoluyla 30 ton benzin və 34 ton dizel yanacağı göndərib, Prezident Administrasiyası bildirib.
Təchizat Qarabağ ermənilərinin nümayəndələrinin ilk növbədə uşaq bağçaları, təcili yardım və yanğınsöndürən maşınların yanacaqla təmin olunmasına dair xahişi əsasında həyata keçirilir.