İdman

İbrahimoviç “Milan”a qayıtmaq istəyir

İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç “Milan”ın sahibi Cerri Kardinale ilə görüşüb.

Qol.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb. Görüş zamanı İbrahimoviçin kluba mümkün qayıdışı müzakirə edilib.

Bildirilib ki, ötən mövsümün sonunda karyerasını başa vuran 41 yaşlı isveçli ötən həftə Kardinaleyə kluba qayıtmaq istəyini təsdiqləyib.

Qeyd olunur ki, hazırda isveçli sabiq oyunçu üçün ən çox ehtimal olunan variant ona baş məşqçi Stefano Pioli ilə yaxından işləməyə imkan verən mövqedir. Onun klubun meneceri ola biləcəyi vurğulanıb.

Tərəflərin noyabr-dekabr aylarında İbrahimoviçin “Milan”a mümkün qayıdışını müzakirə etmək üçün daha bir görüş keçirəcəyi gözlənilir.

Bənzər yazılar

Back to top button