Hadisə

Xankəndini tərk edən bu erməninin dostu Bakıda yüksək vəzifədə çalışır (FOTO)

Xankəndini tərk edən erməni sakinlərdən birinin azərbaycanlı jurnalistlə dialoqu diqqət çəkib.

AzToday.az Manset.az-a istinadla xəbər verir ki, Xankəndidə 44 il yaşadığını deyən erməni şəhəri könüllü, yoxsa məcburi tərk etməsi ilə bağlı AzTV müxbirinin sualını cavablandırıb.

“Mən xəstəyəm, İrəvanda əməliyyat olunmuşam. Hələ 3 ay əvvəl qayıtmaq istəyirdim, alınmırdı. İstəyirəm indi qayıdım müalicə olunum”.

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakini “həmin vaxtı orada yaşayan azərbaycanlılar haqqında nə deyə bilərsiniz” sualına isə belə cavab verib:

“Bir çoxu dostum idi. İndi Azərbaycanın əsas travmatoloqlarından Yaşar Cəlilov dostum idi. Allahverdiyev Nazim vardı. Mən həkiməm. Biz birlikdə dispanserdə işləmişik. O, Şuşada cərrahiyyə şöbəsinin rəisi idi. Onlar mənim dostum idi”.

Qeyd edək ki, erməni sakininin bəhs etdiyi Yaşar Cəlilov Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyasının prezidenti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri, professordur.

Bənzər yazılar

Back to top button