Hadisə
Azərbaycan Xankəndinə 15 yanğınsöndürən maşın göndərib

Sentyabrın 25-də axşam Xankəndi yaxınlığında yanacaq anbarında partlayış nəticəsində baş vermiş yanğın davam edir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yoluyla Xankəndinə yola düşüb. Zərurət yaranacağı təqdirdə əlavə qüvvələr də cəlb olunacaq, Azərbaycan Prezident Administrasiyasının məlumatında deyilir.