GündəmManşetSiyasət

Hikmət Hacıyev Avropa nümayəndələrinə Bakının Qarabağla bağlı planları barədə məlumat verib

Sentyabrın 26-da Brüsseldə Avropa İttifaqı Şurası prezidentinin müşavirləri Saymon Mordue və Maqdalena Qrono Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev arasında görüş keçiriblər.

Görüşlərdə Fransa və Almaniya liderlərinin müşavirləri Emmanuel Bonnet və Yens Plotner, həmçinin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klar da iştirak ediblər. Bu barədə çərşənbə axşamı Avropa Şurası rəhbərinin mətbuat xidmətinin bəyanatında deyilir.

Prezident Mişel də qısa fikir mübadiləsi aparmaq üçün iştirakçılara qoşuldu.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Avropa İttifaqı bu hadisələri yaxından izləyir və döyüşlərin mülki əhaliyə təsirini azaltmaq üçün ən yüksək səviyyədə iştirak edir. Ötən həftə Aİ Azərbaycanın hərbi əməliyyatı ilə bağlı mövqeyini təsdiqləyib.
“Hikmət Hacıyev Azərbaycanın yerli əhaliyə humanitar yardım göstərilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı planlarını açıqlayıb.

Aİ beynəlxalq humanitar və insan haqları təşkilatları üçün şəffaflıq və regiona çıxışın zəruriliyini vurğuladı, həmçinin Bakının Qarabağ ermənilərinin gələcəyi ilə bağlı baxışları haqqında daha ətraflı məlumat tələb etdi”, – deyə bəyanatda qeyd olunub.

Görüşdə həmçinin oktyabrın 5-də Qranadada liderlərin mümkün görüşü ilə bağlı fikir mübadiləsi aparılıb. Ermənistan və Azərbaycanın Qranada görüşündən münasibətlərin normallaşması üçün istifadə etməsinin əhəmiyyəti qeyd edilib.

“Bununla əlaqədar olaraq, Armen Qriqoryan və Hikmət Hacıyev gələn görüşdə Ermənistan-Azərbaycan sülh prosesinin irəliləyişinə dair mümkün konkret addımlar barədə danışıqlar aparıblar”.

Aİ hesab edir ki, Qranada da ki mümkün görüşdən həm Yerevan, həm də Bakı daha əvvəl Praqa və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə təsdiqləmək üçün istifadə etməlidirlər, bəyanatda deyilir.

Bənzər yazılar

Back to top button