GündəmSiyasət

28 mindən çox insan 26 sentyabr axşamı Qarabağı tərk edib

Erməni mənbələrinə görə, sentyabrın 26-da axşam 28 120 nəfər Qarabağı tərk edib. Xankəndi yaxınlığında yanacaq anbarının partladılması zamanı həlak olan 125 nəfərin qalıqları Ermənistana daşınıb. Onlarla yaralı müxtəlif tibb müəssisələrindədir.

Ermənistanın rəsmi mənbələrinə inansaq, Qarabağda hələ 90 min insan qalır.

“Hazırda Dağlıq Qarabağda, biz danışarkən, Laçın dəhlizinin bağlanması səbəbindən 120.000 nəfər əsl orta əsr mühasirəsindədir”. Bu barədə avqustun 29-da Sloveniyanın Bled şəhərində keçirilən strateji forumda panel müzakirəsi zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.(Turan)

Bənzər yazılar

Back to top button