İdman

Zidan Bekhemlə görüşdü: Messini çalışdıracaq?

Əfsanəvi fransız futbolçu və çalışdırıcı Zinəddin Zidan ABŞ-a səfər edib.

Fanat.az “Euro-football”a istinadən xəbər verir ki, Zizu “İnter Mayami” və “Hyuston Dinamo” arasında keçirilən Açıq Kubokun final oyununu izləyib.

O, Florida klubunun sahibi Devid Bekhemlə görüşüb. Futbol əfsanələri birlikdə foto çəkdirib, söhbət ediblər. Mənbə fransalının “İnter Mayami”ni çalışdıra biləcəyini ehtimalk edir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, dünənki qarşılaşma “İnter Mayami”nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komandanın əsas ulduzu Lionel Messi matçda iştirak etməyib.

Zidan hazırda işsizdir. Onun son komandası üç dəfə Çempionlar Liqasında qələbə qazandığı “Real Madrid” olub.

Bənzər yazılar

Back to top button