İqtisadiyyat

Azərbaycan azad olunmuş ərazilərin bərpasına artıq 7 mlrd. dollar yatırıb

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günə qədər Azərbaycanın azad olunmuş ərazilərinin bərpasına 7 mlrd. dollar vəsait yatırılıb və bütün bu vəsait dövlət büdcəsindən ayrılıb.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında bildirib.

Gələn il üçün nəzərdə tutulan minimum büdcə 2,4 mlrd. dollar təşkil edir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Əliyev qeyd edib ki, Azərbaycan bütün bu layihələri öz hesabına həyata keçirir. “Biz iki qardaş ölkə – Özbəkistan və Qazaxıstandan başqa, heç bir maliyyə yardımı, heç bir dəstək almamışıq”, deyə prezident Qeyd edib.

Özbəkistan azad olunmuş ərazilərdə orta məktəb tikib, Qazaxıstan isə Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzini tikir.

Bənzər yazılar

Back to top button